Əliyev Kərim Qeyrətxan
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əliyev Kərim Qeyrətxan

Ata adı: Qeyrətxan

🐣
Doğum — Xızı Fındığan kəndi
🕊️
Şəhadət — Şuşa Qırmızı Bazar qəsəbəsi
📍
Dəfn Olunduğu Yer Xızı Fındığan kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Kərim Qeyrətxan oğlu Əliyev 2000-ci il yanvarın 1-də Xızı rayonunun Fındığan kəndində anadan olub. Atası Qeyrətxan kişi I Qarabağ müharibəsinin iştirakçısı olub. Atasının Qarabağ haqda söhbətləri, xatirələri Kərimdə Vətən sevgisinin təməlni qoyub. O, hərbi xidmətini başa vurduqdan sonra təcrübəli snayper kimi Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq ordu sıralarına yazılıb. Ailənin tək oğlu, dörd bacının bir qardaşı idi.

Kərim müharibədə torpaqlarımızın işğaldan azad edilməsində igidlik göstərərək Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Talış kəndini düşmən tapdağından xilas etdikdən sonra atasına zəng edib və "Ata, sən ala bilmədiyin kəndi mən aldım" deyib. Hər zəfər sevincini atasıyla bölüşüb.

Kərim Əliyev 4 noyabrda Şuşa yaxınlığındakı Qırmızı Bazar ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin Sərəncamlarına uyğun olaraq, Kərim Əliyev ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Kərim Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, cəsur, mərd, Vətənini çox sevən, heç bir xidmət vəzifələrindən boyun qaçırmayan oğul idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Xızı rayonu, Fındığan kəndin tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əliyev Qeyrətxan Hacıxəlil oğlu Ana: Əliyeva Minayə Cəlal qızı Bacı: Əliyeva Aybəniz Qeyrətxan qızı Bacı: Alməmmədova Bəsti Qeyrətxan qızı Bacı: Ağayeva Esmira Qeyrətxan qızı Bacı: Mürsəlova Zenfira Qeyrətxan qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər