Əliyev Mehman Sovet
Mülki vətəndaş
🇦🇿 Azərbaycan Şəhidi

Əliyev Mehman Sovet

Ata adı: Sovet

🐣
Doğum — Tərtər Tərtər şəhəri
🕊️
Şəhadət — Tərtər
📍
Dəfn Olunduğu Yer Tərtər Rayon qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mülki vətəndaş
Qoşun Növü Yoxdur
Xidmət Növü Yoxdur

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mehman Əliyev 1977-ci ilin sentyabr ayının 4-də Tərtər şəhərində anadan olub. 1991-ci ildə Tərtər rayon Uşaq Musiqi Məktəbini, 1996-cı ildə Ü.Hacıbəyli adına Ağdam Musiqi Texnikomunu qarmon ixtisasları üzrə bitirib. Tərtər rayon Uşaq Musiqi Məktəbində müəllim kimi çalışıb.

Mehman Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində  28 sentyabr tarixində şəhid olub. Tərtərdə şəhərində dəfn olunub.

Ailəli idi. 3 övladı yadigar qalıb.

Xatirələrdə Yaşayan Şəhid:

Həyat yoldaşının dediyinə görə çox ailəcanlı, vətənpərvər, mehriban bir şəxs idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Tərtər rayonu, 2 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Həyat yoldaşı: Əliyeva Aynurə Vaqif qızı Qızı: Əliyeva Nuranə Mehman qızı Qızı: Əliyeva Ceyhunə Mehman qızı Oğlu: Əlizadə Məhəmməd Mehman oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər