Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Xudaşükür
Mehman Əliyev 1 yanvar 2002-ci il tarixində Azərbaycanın Neftçala rayonu Xolqarabucaq kəndində anandan olmuşdur. O, 2007-ci ildə Neftçala rayonu Xolqarabucaq kənd Faiq Həziyev adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2019-cu ildə həmin məktəbin məzunu olmuşdur.
Mehman Əliyev 7 yanvar 2020-ci il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini Ağcabədi rayonunda etmişdir. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Xocavənd uğrunda döyüşmüşdür. Mehman Əliyev Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. O, oktyabrın 27-də Neftçala rayonunda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehman Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mehman Əliyev ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Mehman evin sonbeşiyi idi. Hamı onu əzizləyərdi. O, çox yaradıcı biri idi. Bütün kənd onu çox sevirdi. Olduqca mehriban uşaq idi.
Ata: Əliyev Xüdaşükür Fərraş oğlu Ana: Məmmədova Naibə İmaş qızı Qardaş: Əliyev Elnur Xüdaşükür oğlu Qardaş: Əliyev Elsevər Xüdaşükür oğlu Qardaş: Əliyev Əli Xüdaşükür oğlu Bacı: Əliyeva Gülyanaq Xüdaşükür qızı Bacı: Əliyeva Aygün Xüdaşükür qızı