Əliyev Natiq Yusif
Кiçik çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Əliyev Natiq Yusif

Ata adı: Yusif

🐣
Doğum — Gəncə
🕊️
Şəhadət — Laçın
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Кiçik çavuş
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər ⚔️ Laçın

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Natiq Əliyev 22 may 1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Əslən Qərbi Azərbaycanlıdı. Natiq ailənin 3 övladından biri olub. Orta məktəbi bitirdikdən az sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb, Əsgərliyi başa vurduqdan sonra isə ailəsinə, evinə dönüb.
Natiq Əliyev 2015-ci ildən 2021-ci ilin 16 noyabrınacan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE), Kiçik çavuş kimi fəaliyyət göstərib.

2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində genişmiqyaslı təxribat törədib 2021-ci il noyabrın 16-sı qəfil hərbi əməliyyatlara başlamışdır. Ermənistan hərbçiləri bu istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə hücum etmişdir. Başlanan hərbi əməliyyatlarda iştirak edən (MAXE) Kiçik çavuş Natiq Əliyev 16 noyabr 2021-ci ildə cəbhənin Laçın rayonu istiqamətində antiterror əməliyyatını yerinə yetirərkən şəhid olmuşdur. 17 noyabr 2021-ci ildə onun nəşi ailəsinə təhvil verilmiş və doğulduğu Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Natiq həm də ailəli olub. 2018-ci ildə Gülnar xanımla ailə həyatı qurub və bu ailədən 2020-ci ildə Zeynəb adlı bır qız dünyaya gəlib.

2021-ci il noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması, dövlət sərhədinin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə verilən döyüş tapşırığını uğurla yerinə yetirmiş, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Natiq Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin 27.12.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Natiq Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Təmizliyə fikir verən, vətənini sevən insan olub. Aprel döyüşlərində və 44 günlük müharibədə iştirak edib.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhəri, 10 №li orta məktəb
İş Yeri N saylı hərbi hissə
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Əliyev Yusif İsa, 06.12.1958 Ana: Əliyeva Ətayə İsax, 17.07.1964 Qardaşı: Əliyev Samir Yusif, 18.07.1984 Bacısı: Əliyeva Samirə Yusif, 08.08.1987 Həyat yoldaşı: Əliyeva Gülnar Qəzənfər, 29.10.1991 Qızı: Əliyeva Zeynəb Natiq, 04.07.2020

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər