Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Eldar
Əliyev Orxan Eldar oğlu 25 iyun 1986-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhəri 17 saylı tam orta məktəbdə təhsil almışdır.
İkinci Qarabağ müharibəsində qəhrəmancasına iştirak etmiş, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Əliyev Orxan Eldar oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əliyev Orxan Eldar oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Ailəli idi, Vətənə yadigar 2 övladı qalmışdır.
Şəhid Gizir Əliyev Orxan Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Gülərüz, mehriban, ailəcanlı, qohumcanlı, mərhəmətli, zəhmətsevər, cəsur, vətənpərvər, igid, qorxmaz birisi olub.
Ata: Əliyeva Eldar Əmir oğlu Ana: Əliyeva Mətanət İsrafil qızı Həyat yoldaşı: Əliyeva Türkan Əli qızı Oğlu: Əliyev Əli Orxan oğlu Qızı: Əliyeva Miray Orxan qızı