Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Hüsür
Əliyev Qubad Usur oğlu 1994-cü il fevralın 4-də Sumqayıt şəhərində anadan olub. 2001-ci ildə Sumqayıt şəhər 8 nömrəli orta məktəbdə 1-ci sinifə gedib. 2010-cu ildə orta məktəbi bitirib, Sumqayıt şəhər 1 nömrəli Peşə Liseyində təhsilini davam etdirib.
Qubad 2013-cü ildə hərbi xidmətə çağırılıb və Ağdam rayonu 190 saylı hərbi hissənin əsgəri olub. Hərbi xidməti başa vurduqda baş atıcı və tuşlayıcı vəzifəsində xidmətə layiq görülüb.
Şəhidimiz hərbi xidmətdən qayıtdıqdan sonra “Delta Qrup CO” MMC-də Logistika Departamentinin Mərkəzi Anbar şöbəsində fəhlə işləyib. 2016-cı ildə ailə həyatı quran Qubadın bir oğlu dünyaya gəlib.
O, 2020- ci il sentyabrın 27-də İkinci Qarabağ Müharibəsi başlayandan 11 gün sonra, oktyabrın 9-da Vətənənin müdafiəsinə çağırılıb. Qubad cəbhə bölgəsinin Qubadlı, Ağdərə, Xocavənd istiqamətində gedən ağır döyüşlərdə öz xüsusi bacarığı ilə seçilən qəhrəmanlardan biri olub. Onun döyüşlərdə necə mətinliklə vuruşduğu, göstərdiyi rəşadəti haqqında qazi olan döyüş yoldaşları ağız dolusu danışır. Şəhidimizin mərdlik göstərdiyi son döyüşü Xocavaənd rayonunda - Qırmızı Bazar istiqamətində Şuşaya doğru olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qubat Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qubat Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qubat Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qubat Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Qubat Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Səmimi, ürəyi təmiz, mehriban, ailəcanlı, vətənpərvər bir insan idi.
Ata: Əliyev Hüsür Qubad oğlu Ana: Əliyeva Nigar Yavər qızı Bacı: Əliyeva Sara Hüsür qızı Həyat yoldaşı: Əliyeva Balaxanım İsa qızı Oğlu: Əliyev Elcan Qubad oğlu Oğlu: Əliyev Qubad Qubad oğlu