Əliyev Ramil Vüqarəddin
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əliyev Ramil Vüqarəddin

Ata adı: Vüqarəddin

🐣
Doğum — Hacıqabul
🕊️
Şəhadət — Qubadlı
📍
Dəfn Olunduğu Yer Şirvan Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Qubadlı ⚔️ Füzuli ⚔️ Xocavənd ⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ramil Əliyev 9 dekabr 1996-cı ildə Hacıqabul rayonunda anadan olmuşdur. Ramil 2002-ci ildə Nofəl Quliyev adlı məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2013-cü ildə Şirvan şəhərində yerləşən Füzuli rayon 10 nömrəli məktəbi bitirmişdir. 2013-cü ildə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olmuşdur.  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Əliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ramil Əliyev  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Şəhidin anası Xuraman xanım Ramil Əliyevin vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlıqlardan danışdı. Bildirdi ki, Ramil Kərbəla ziyarətində olub. Öz valideynlərinə, ailə üzvlərinə, qonşularına qarşı çox həssas olub. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunələri göstərib. Ən yüksək məqama-şəhidlik zirvəsinə yüksəlib.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şirvan şəhərində yerləşən Füzuli rayon 10 nömrəli məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əliyev Vüqarəddin Seyfulla oğlu Ana: Əliyeva Xuraman Əli qızı Bacı: Əlizadə Gülşən Vüqarəddin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər