Əliyev Rövşən İbrahim
Mülki qulluqçu
🇦🇿 Azərbaycan Şəhidi

Əliyev Rövşən İbrahim

Ata adı: İbrahim

🐣
Doğum — Lənkəran Vələdi kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bakı Qaradağ Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mülki qulluqçu
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Şücaətə görə medalı

Şücaətə görə medalı

Şücaətə görə medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rövşən Əliyev 1971-ci il fevralın 10-da Qaradağ rayonunda anadan olub.
Rövşən Əliyev 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Tank və Artilleriya bölmələrinin heyətində tank mexaniki vəzifəsində çalışırdı.

Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Rövşən Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin tanklarının saz vəziyyətə gətirilməsində xidməti olan bölmələrin heyətində yer alıb. Rövşən Əliyev sentyabrın 28-də Füzuli rayonu ərazisində şəhid olub. Qaradağ rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rövşən Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Zəhmətkeş, fədakar, vətənpərvər, mehriban, ailəcanlı, dostcanlı olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Vələdi kənd orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Əliyev İbrahim Ağabala oğlu Ana: Əliyeva Fəridə Hümmət qızı Qardaş: Əliyev Fuad İbrahim oğlu Bacı: Əliyeva Mətanət İbrahim qızı Həyat yoldaşı: Əliyeva İlhamə Aydın qızı Oğlu: Əliyev Cavidan Rövşən oğlu Oğlu: Əliyev Sənan Rövşən oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər