Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: İsrafil
Əliyev Rövşən İsrafil oğlu 3 fevral 1999-cu ildə Şəmkir rayonunun Düyərli kəndində dünyaya göz açmışdır. 2005-ci ildə Düyərli kəndi 1 saylı tam orta məktəbində təhsil almağa başlamış, təhsil aldığı müddətdə sərbəst güləşlə məşğul olmağa başlamış və uğur qazanmışdır. 2016-ci ildə məktəbi bitirmiş və 2017-ci ildə hərbi xidmətə yollanmışdir. Naxçıvan şəhərinin Ordubad rayonunda hərbi qulluq etmişdir. 2018-ci ildə hərbi xidmətini başa vurub doğulduğu Düyərli kəndinə qayıtmışdır.
2020-ci ildə kəndin ilk könüllüsü olaraq cəhbəyə yollanmışdır. Onun Füzuli, Hadrut, Qubadlı, Zəngilan və Ağdam rayonlarının alınmasında rolu olub. Lakin Şuşaya yollanarkən 4 saatlıq mühasirəyə düşmüş və iki dostunu döyüşdən xilas etmişdir. Rövşən Əliyev oktyabrın 26-da şəhid olmuşdur.
O, ölümündən sonra Azərbaycan respublikasının prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Döyüşdə fərqləndiyinə görə" və "Füzulinin azad olunmasına görə" medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Şəhid Rövşən Əliyev yardımsevər, dostcanlı, ailəcanlı, səmimi, mehriban, qohumcanlı, vətənpərvər, igid, qorxmaz, gülərüz insan olub.
Ata: Əliyev İsrafil Əvəz oğlu Ana: Əliyeva Sevinc Qəzənfər qızı Bacı: Rzayeva Sevda İsrafil qızı Qardaş: Əliyev Nurlan İsrafil oğlu