Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Aslan
Ruslan Əliyev 2000-ci il aprelin 8-də Astara rayonunun Ərçivan qəsəbəsində doğulub. Ərçivan qəsəbəsi 4 saylı tam orta məktəbdə oxuyub. Ruslan yeniyetmə və gənc yaşlarında Astara Boks mərkəzində boksla məşğul olub, təlim məşqlərində, rayon və respublika yarışlarında müntəzəm iştirak edib, uğurlar qazanıb. Boks üzrə Azərbaycan birinciliyinin ikiqat gümüş və bürünc medalçısı, Azərbaycan yığma komandasının üzvü olub. 2018-ci ildə Goranboy, Mingəçevir, Tərtər bölgələrində hərbi xidmətdə olub. 2020-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra "MAHHXHQ əsgər" kimi çalışmağa başlayır.
Azərbaycan Ordusunun əsgəri olan Ruslan Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Ruslan Tərtərin Ağdərə istiqamətində ermənilərin çoxlu texnika və canlı qüvvəsini məhv etmişdir. Ruslan 29 sentyabr 2020-ci ildə Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə həlak olur. Onun nəşi doğulub boya başa çatdığı Astara rayonunun Ərçivan qəsəbəsində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "MAHHXHQ əsgər" Əliyev Ruslan Aslan oğlu ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə”medalları ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əliyev Ruslan Aslan oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, qorxmaz insan idi.
Ata: Əliyev Aslan İzzətulla oğlu Ana: Əliyeva Təranə Səfərəli qızı Qardaş: Əliyev Əli Aslan oğlu