Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Tahir
Əliyev Səbuhi Tahir oğlu 1993- cü ilin aprel ayının 23- də Quba rayonunun Zərdabi qəsəbəsində dünyaya gəlib.
Quba rayon Bayram Şıxəmirov adına tam orta məktəbində təhsil alıbdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Daxili Qoşunlarının hərbi qulluqçusu Əliyev Səbuhi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Fizulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” , “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilmişdir.
Çox səmimi, ailəcanlı, olduqca vətənpərvər biri idi. Vətənini, dövlətini çox sevirdi. 44 günlük Vətən müharibəsində fədakarcasına döyüşüb. Çoxlu dostları var idi.
Ata: Əliyev Tahir Mehdi oğlu Ana : Əliyeva Xatirə Mirzəli qızı Həyat yoldaşı: Əliyeva Laləzar Musa qızı Qızı : Əliyeva Xatirə Səbuhi qızı Oğlu: Əliyev Uğur Səbuhi oğlu Qızı: Əliyeva Nərgiz Səbuhi qızı Qızı: Əliyeva Nazlı Səbuhi qızı Qardaşı: Əliyev Sahil Tahir oğlu