Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Xoşbəxt
Əliyev Səmid Xoşbəxt oğlu iyunun 5-i 1998-ci ildə doğulmuşdur. Sumqayıt şəhərinin Corat qəsəbəsindəndir. 3 bacının 1 qardaşı idi. 4 ildir sevdiyi qızla nişanlı idi.
Səmid Əliyev Vətən Müharibəsi başlayan ilk gündən şəhidimiz könüllü olaraq ordu sıralarına yazılmışdır. Sentyabrın 29-u Füzuli uğrunda gedən döyüşlərində yaralanmış, oktyabrın 1-i şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Səmid Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Səmid Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mülayim,uşaq xasiyyətli insan idi. Hər arzusuna tez çatmaq üçün tələskənlik edərdi.
Ata: Əliyev Xoşbəxt Səmid oğlu Ana: Əliyeva Namiyə Xasay qızı Bacı: Məmmədova Günel Xoşbəxt qızı