Əliyev Tural Arif
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əliyev Tural Arif

Ata adı: Arif

🐣
Doğum — Beyləqan Təzəkənd kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Beyləqan Təzəkənd kəndi
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əliyev Tural Arif oğlu 1991-ci il yanvarın 18-də Beyləqan rayonunun Təzəkənd kəndində dünyaya ğöz açmışdır. 2009-cu ildə Əliheydər Məmmədov adına Təzəkənd kənd tam orta məktəbin 11-ci sinifini bitirmişdir . Orta məktəbi bitirdikdən sonra Beyləqan rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çagırılan Tural Silahlı Qüvvələrin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir. 2011-ci ildə həqiqi hərbi xidmətini başa vurub geri dönən qəhrəmanımız 2012-ci ildə sənədlərini "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı" kursuna vermişdir. Peşəkar yararlılığı müsbət qiymətləndirilən Turalın adı namizədlər siyahısına daxil edilmiş və növbəti qəbul zamanı kursa göndərilmişdir. Kursu müvəffəqiyyətlə başa vuraraq Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətə başlamış və manqa komandiri kimi fəaliyyət ğöstərmişdir. Burada müəyyən müddət xidmət etdikdən sonra Füzuli rayonunun Şükürbəyli kəndində yerləşən "N" saylı hərbi hissədə post komandiri kimi xidmətini davam etdirmişdir. O, hərb tariximizə 44 günlük müharibə kimi düşmüş Aprel döyüşlərinin də fəal iştirakçısı olmuşdur . Lələtəpə yüksəkliyinin işgaldan azad olunmasına görə fəxri fərmanla təltif olunmuşdur.

2020-ci il sentyabr ayının 27-də başlayan və hər birimizin yaddaşında Vətən müharibəsi kimi qalan müharibədə tarix yazan igidlərimizdən biri olan Tural döyüşlərə Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətindən qatılmışdır. o, irəliləyən günlərdə Cəbrayıl ,Qubadlı, Hadrut, Xocavənd və Şuşakənd uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, Füzuli şəhərinə ilk daxil olan hərbşçilərimizdən olmuşdur . Noyabrın 2-si Şuşakənddə yaralanan Tural Hadruta hospitala göndərilmişdir. Hospitalda tibbi yardım maşını düşmən artilleriyası tərəfindən atəşə tutulmuşdur. Şəhidimizin döyüş yoldaşları bildirdilər ki, o, hər zaman əsgərlərinin qayğısına qalmış, onlara yüksək ruh vermişdir. Azuqələri bitdikdə isə işgaldan azad olunan evlərdən qidalanmaq üçün nələrsə tapıb gətirirmiş, əsgərlərinə daim qayğı ilə yanaşan hərbçimiz son döyüşündə də yaralıların həyatını xilas etmişdir. Özü yaralı olsa da, hospitala getməkdən imtina edib digər yaralıların döyüş meydanından çıxarılmasına kömək etmişdir. Tural yalnız sonuncu döyüş yoldaşını daha təhlükəsiz əraziyə çatdırdıqdan sonra hospitala getməyə razı olmuşdur. Noyabrın 2-də Qırmızı Bazar istiqamətində şəhid olan Turalın nəşi ailəsinə 43 gün sonra - dekabrın 15-də təhvil verilmişdir. Həmin gün doğma kəndində özündən əvvəl şəhid olan qardaşlarının yanında torpağa tapşırılmışdır. Şəhidimiz ailəli idi. Onun Abbas və Tuncay adlı iki oğluvar. İgidliyi və cəsurluğu ilə fərqlənən kiçik çavuş Əliyev Tural Arif oğlu ölümündən sonra - iştirak etdiyi döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə - Azərbaycan Respublikasının Prezdenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əliyev Tural Arif oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Hörmətli, ailəcanlı, dostcanlı, vətənpərvər, qorxmaz, igidliyi ilə seçilən insan olduğu bildirilir.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Təzəkənd kəndi tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Həyat yoldaşı: Əliyeva Ruhiyyə Ədalət qızı Oğlu: Əliyev Abbas Tural oğlu Oğlu: Əliyev Tuncay Tural oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər