Əliyev Xəyyam Əlixan
Kapitan
🇦🇿 Azərbaycan Şəhidi

Əliyev Xəyyam Əlixan

Ata adı: Əlixan

🐣
Doğum — Bakı Əmircan qəsəbəsi
🕊️
Şəhadət — Xızı Qaraheybət Aviasiya Poliqonu
📍
Dəfn Olunduğu Yer Bakı Əmircan Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Kapitan
Qoşun Növü Dövlət Sərhəd Xidməti
Xidmət Növü Həqiqi hərbi xidmət

Təltif Edildiyi Orden və Medallar

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Xəyyam Əliyev 17 dekabr 1990-cı ildə Bakı şəhərində anadan olub. Milli Aviasiya Akademiyasında təhsil alıb. Azərbaycan Ordusunun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında xidmət edib.

Azərbaycan Ordusunun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kapitanı olan Xəyyam Əliyev 30 noyabr 2021-ci ildə Sərhəd Xidmətinin (DSX) “Mi-17” tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində şəhid olan kapitan Xəyyam Əliyev Əmircan qəbiristanlığında dəfn edilib.

Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Əliyev Xəyyam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər və mərd insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, 154 saylı tam orta məktəb
Ali Təhsil Azərbaycan Respublikası Milli Aviasiya Akademiyası
İş Yeri Dövlət Sərhəd Xidməti
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Əliyev Əlixan Fərman oğlu Ana: Əliyeva Nailə Tofiq qızı Qardaş: Əliyev Fərman Əlixan oğlu Həyat yoldaşı: Əlixanzadə Xəyalə Hüseyn qızı Oğlu: Əlixanzadə Əlixan Xəyyam oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər