Əliyev Yunis Zaur
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əliyev Yunis Zaur

Ata adı: Zaur

🐣
Doğum — Bakı Bülbülə qəsəbəsi
🕊️
Şəhadət — Ağdərə Barambat meşəsi
📍
Dəfn Olunduğu Yer Bakı Bülbülə qəsəbəsi Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın ⚔️ Tərtər ⚔️ Ağdərə

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Yunis Əliyev 19 yanvar 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Laçın rayonunun Səfiyan kəndindən idi. Təhsilini əvvəl Suraxanı rayonu Bülbülə qəsəbəsi 232 saylı məktəbdə, daha sonra 327 saylı tam orta məktəbdə almışdır. Uşaq yaşlarından hərbə və idmana böyük həvəsi olub.
Təhsilini bitirdikdən sonra Suraxanı rayonu hərbi komissarlıqdan çağırışla 24 yanvar 2020-ci ildə hərbi xidmətə getmişdir. Hərbi xidmətini Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində, daha sonra Tap Qaraqoyunlu kəndində davam etdirmişdir. Hərbi xidmətdə pulemyot kalaşnikov avtomatının təlimini keçmişdir. 27 sentyabr 2020-ci ildə, Vətən müharibəsi başladıqda ön cəbhədə düşmənlə üz-üzə vuruşmağa başlayıb. 3 oktyabr 2020-ci ildə Suqovuşan'ın işğaldan azad olunmasında da böyük şücaət göstərib, həmçinin yaralı əsgərlərə yardım etməsi ilə seçilmişdir. Baş atıcı olaraq fəallığı ilə seçilərək düşmənin neçə-neçə texnikasini və canlı qüvvəsini məhv etmişdir. Son dəfə ailəsi ilə şəhid olmamışdan bir neçə gün öncə danışmış, ondan nigaran qalmamalarını, hər şeyin yaxşı olduğunu söyləmişdir. 5 oktyabr 2020-ci ildə Ağdərədə gedən döyüşlərdə, Batambara meşəsində çiyin-çiyinə döyüşdüyü dostlarını müdafiə edərkən və döyüş tapşırığını layiqincə yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Suraxanı rayonu Bülbülə qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  tarixli Sərəncamına əsasən Yunis Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  tarixli Sərəncamına əsasən Yunis Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  tarixli Sərəncamına əsasən Yunis Əliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Yunis Əliyev  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Uşaqlıqdan vətənpərvər, mülayim, sakit insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bülbülə qəsəbəsi, 327 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əliyev Zaur Yunis oğlu Ana: Cəfərova Səidə Füzuli qızı Qardaş: Əliyev Riad Zaur oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər