Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Sədi
Əliyev Zahir Sədi oğlu 4 yanvar 1987-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. O, Təhsin Cəfərov adına Lerik rayon Soru kənd orta məktəbini bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra yenidən orduya qayıtmaq üçün "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına daxil olmuşdur. Kursları bitirən Zahir Əliyev Azərbaycan Daxili Qoşunlarının "N" saylı hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmət etmişdir. Hərbi xidməti zamanı fərqləndiyinə görə rəhbərlik tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilmiş, "çavuş" rütbəsi almışdır..
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Əliyev Sədi Ağadədə oğlu Ana: Əliyeva Sumaq Daşdəmir qızı Qardaş: Əlizadə Zamiq Sədi oğlu Bacı: Əliyeva Səadət Sədi qızı Bacı: Əliyeva Sevda Sədi qızı Bacı: Əliyeva Əfsanə Sədi qızı Bacı: Əliyeva Gülay Sədi qızı Bacı: Əliyeva Səbinə Sədi qızı Qardaş: Əlizadə Vilayət Sədi oğlu Həyat yoldaşı: Mürsəlova Aynur Mərdəli qızı Qızı: Əliyeva Aysu Zahir qızı Qızı: Əliyeva Nilay Zahir qızı