Əliyev Zaur Eldar
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əliyev Zaur Eldar

Ata adı: Eldar

🐣
Doğum — Şəki
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Şəki II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əliyev Zaur Eldar oğlu 24 iyul 1989 cu ildə Şəki şəhərində anadan olub. 9 nömrəli məktəbin məzunu olub.

Azərbaycan Ordusunun əsgəri olan Zaur Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Oktyabr ayının 14-də Ağdərə rayonu istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Zaur Əliyev ailədə üç uşaq olublar. Ortancil olan Zaur hərbi xidməti bitirdikdən sonra Azərbaycan Respublikası Silahlı qüvvələri sıralarında xidmət edib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  müvafiq Sərəncamlarına əsasən Zaur Əliyev  ”İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” və "Vətən uğrunda" medallarıyla təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Zaur Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Qayğıkeş və səxavətli insan olub. Döyüş yoldaşları arasında "Qoca" ləqəbi ilə tanınıb.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəki şəhər 19 saylı məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Əliyev Eldar Novruz oğlu Ana: Əliyeva İsmiyə Sərkərovna qızı Bacı: Əlizadə Pərvanə Eldar qızı Qardaş: Əliyev Sərxan Eldar oğlu Həyat yoldaşı: Əliyeva Səma Qürbət qızı Oğlu: Əliyev Ümid Zaur oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər