Əliyeva Afaq Əziz
Mülki vətəndaş
🇦🇿 Azərbaycan Şəhidi

Əliyeva Afaq Əziz

Ata adı: Əziz

🐣
Doğum — Gəncə
🕊️
Şəhadət — Gəncə
📍
Dəfn Olunduğu Yer Gəncə İmamzadə kompleksi
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mülki vətəndaş
Qoşun Növü Yoxdur
Xidmət Növü Yoxdur

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əliyeva Afaq Əziz qızı 1957-ci il sentyabrın 27-də Gəncə şəhərində doğulmuşdur. 1964-cü ildə Gəncə şəhər 32 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1972-ci ildə həmin məktəbi bitirərək keçmiş Bakı Politexnik Texnikumunda təhsilini davam etdirmişdir. Elə həmin ildən də Gəncə Qənnadı fabrikində əmək fəaliyyətinə başlamışdır. Daha sonra isə Gəncə Xalça Kombinatında işləmiş, 1992-ci ildə işdən ayrılmışdır.  1989-cu ildə ailə həyatı qurmuşdur. 2011-ci ildə Gəncə “Gil-Torpaq” İstehsalat Birliyində nəzarətçi vəzifəsində çalışmağa başlamış, 2012-ci ildən əmək fəaliyyətini Gəncə Aviasiya Təmiri Zavodunda   davam etdirmişdir. İki övlad anası idi.

Gəncə sakini Əliyeva Afaq 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvəlləri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində oğlu Əliyev Adil və gəlini Əliyeva Günay ilə bərabər həlak olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Əliyeva Afaq Əziz qızına şəhid statusu verilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit xasiyyətli, mehriban, səmimi, ailəcanlı, dininə bağlı insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhəri, 32 saylı orta məktəb
İş Yeri Gəncə Aviasiya Təmiri Zavodu
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Abbasov Əziz Ana: Abbasova Sinduz Bacı: Abbasova Şəfəq Əziz qızı Bacı: Abbasova Yaqut Əziz qızı Bacı: Abbasova Aygül Əziz qızı Bacı: Abbasova Xatirə Əziz qızı Bacı: Abbasova Kəmalə Əziz qızı Həyat yoldaşı: Əliyev Həmzə Adil oğlu Qızı: Qasımova Nərgiz Həmzə qızı Oğlu: Əliyev Adil Həmzə oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər