Əliyeva Günay Zahid
Mülki vətəndaş
🇦🇿 Azərbaycan Şəhidi

Əliyeva Günay Zahid

Ata adı: Zahid

🐣
Doğum — Gəncə
🕊️
Şəhadət — Gəncə
📍
Dəfn Olunduğu Yer Gəncə İmamzadə kompleksi
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mülki vətəndaş
Qoşun Növü Yoxdur
Xidmət Növü Yoxdur

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əliyeva Günay Zahid qızı 1992-ci il yanvarın 31-də Gəncə şəhərində doğulmuşdur.  1998-ci ildə Gəncə şəhər 19 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2007-ci ildə həmin məktəbin 9-cu sinfini bitirərək Gəncə Humanitar Kollecinin (indiki Gəncə Dövlət Regional Kolleci) Maliyyə-kredit fakultəsinə daxil olmuduşdur.  2011-ci ildə həmin təhsil ocağını bitirmişdir. 2016-cı ildə Əliyev Adil Həmzə oğlu ilə ailə həyatı qurmuşdur. Bir övlad anası idi.

2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvəlləri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində Günay Əliyeva ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişir.  Lakin həkimlərin səyinə baxmayaraq Günay Əliyeva 12 oktyabr 2020-ci il tarixində vəfat etmişdir. Qeyd edək ki, erməni terroru nəticəsində Günay Əliyevanın həyat yoldaşı Əliyev Adil və qayınanası Əliyeva Afaq da həlak olublar.

Gəncə sakini Günay Əliyeva 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvəlləri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişir. Lakin həkimlərin səyinə baxmayaraq 12 oktyabr 2020-ci il tarixində vəfat etmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Əliyeva Günay Zahid qızına şəhid statusu verilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəcanlı, mehriban, gülərüz, səmimi xanım idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhəri, 19 saylı orta məktəb
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Babazadə Zahid Əjdər oğlu Ana: Babazadə Sevil Əziz qızı Bacı: Məmmədova Aygün Zahid qızı Həyat yoldaşı: Əliyev Adil Həmzə oğlu Qızı: Əliyeva Nilay Adil qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər