Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Sübhi
Elməddin Əlizadə 11 mart 1997-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuşdur. Zəhmətabad kənd tam orta məktəbində təhsilini almışdır.
Elməddin Əlizadə 2016-cı ildə hərbi xidmətdə olarkən Aprel döyüşlərində düşmən hücumunun qarşısının alınmasında iştirak etmişdir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə könüllü olaraq qoşulmuş, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabrda Şuşa şəhəri uğrunda gedən döyüşdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Elməddin Əlizadə 9 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Zəhmətabad kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əlizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elməddin Əlizadə ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Əlizadə Elməddin “Füzulinin azad olunmasına görə” medalı ilə ilə tətif edilib.
Elməddin gülərüz, şən, zarafatcıl biri idi. Hamı ilə mehriban yola gedərdi, kin saxlamağı xoşlamazdı. Çox danışmağı sevmirdi, az danışıb çox iş görərdi. Ailəsinə bağlı insan idi. Dostluqda sadiq və dürüst idi. Vətəni yolunda hər an canından keçməyə hazır olduğunu hər zaman deyirdi.
Ata: Sübhi Əliyev Nəsrəddin oğlu Ana: Mehrac Şərifova Zülfüqar qızı Bacı: Aytac Əliyeva Sübhi qızı Bacı: Gültəkin Əliyeva Sübhi qızı Qardaş: Məhəmməd Əliyev Sübhi oğlu