Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Samir
Elmin Əlizadə 18 mart 2003-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Əslən Ağdam rayonunun Papravənd kəndindəndir. Kənd işğal olunduqdan sonra Elminin ailəsi Mingəçevirdə məskunlaşmışdır. Elmin Əlizadə 15 sentyabr 2009-cu ildə Kəlbəcər rayon 118 nömrəli tam orta məktəbin 1-ci sinfində təhsil almağa başlamışdır. 2013-2016-cı illərdə UGİM Mingəçevir komandasının tərkibində milli assosiasiyanın keçirdiyi liqalarda iştirak etmişdir.
15 iyun 2020-ci ildə məktəbin 11-ci sinfindən məzun olmuşdur. Subay idi.
Elmin Əlizadə 1 aprel 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan-Ermənistan sərhədində, Laçın-Kəlbəcər istiqamətində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində genişmiqyaslı təxribat törədib 2021-ci il noyabrın 16-sı qəfil hərbi əməliyyatlara başlamışdır. Ermənistan hərbçiləri bu istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə hücum etmişdir. Başlanan hərbi əməliyyatlarda iştirak edən əsgər Elmin Əlizadə 16 noyabr 2021-ci ildə cəbhənin Laçın rayonu istiqamətində antiterror əməliyyatını yerinə yetirərkən şəhid olmuşdur. 18 noyabr 2021-ci ildə onun nəşi ailəsinə təhvil verilmiş və Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilmişdir.
2021-ci il noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması, dövlət sərhədinin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə verilən döyüş tapşırığını uğurla yerinə yetirmiş, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Elmin Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin 27.12.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elmin Əlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mülayim,zəhmətkeş,mərd bir insan idi.
Ata - Əliyev Samir Sahib oğlu Ana -Əliyeva Aynur İsrafil qızı Bacı -Əliyeva Aysu Samir qızı