Əlizadə Eltac İsmayıl
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əlizadə Eltac İsmayıl

Ata adı: İsmayıl

🐣
Doğum — Tovuz Çatax kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Tovuz Çatax kənd qəbirstanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Eltac Əlizadə 1996-cı il oktyabrın 15-də Tovuz rayonunun Çatax kəndində anadan olub. 2003–2014-cü illərdə X. Cəfərov adına Çatax kənd tam orta məktəbində, 2014–2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsil alıb. Nişanlı idi.
Eltac Əlizadə 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Eltac Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Eltac Əlizadə oktyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Çatax kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltac Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltac Əlizadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltac Əlizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Eltac Əlizadə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, cəsur, mehriban, qorxmaz, qayğıkeş insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Tovuz rayonu Çatax kənd tam orta məktəbi
Ali Təhsil Azərbaycan Memarlıq və İnşaat Universiteti
İş Yeri "Kristal-Abşeron" şirkəti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Abdıyev İsmayıl Əli oğlu Ana: Abbasov Rəfiqə Vəkil qızı Bacı: Əlizadə Aytən İsmayıl qızı Bacı: Abdıyeva Ayşən İsmayıl qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər