Əlizadə Mirzəhəsən Şahin
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əlizadə Mirzəhəsən Şahin

Ata adı: Şahin

🐣
Doğum — Astara Astara Səncərədi kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Astara Alasa kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mirhəsən Əlizadə 11 dekabr 1992-ci il Astara rayonunun Səncərədi kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Astara Pedaqoji Kollecində "Fiziki tərbiyə və idman müəllimi" ixtisası üzrə təhslini davam etdirib. 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ildə ordu sıralarına qayıdıb və 3 il ərzində xidmətini davam etdirib. Müddətdən artıq hərbi xidmət qulluqçusu olub.
Azərbaycan Ordusunun çavuşu olan Mirzəhəsən Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli,Cəbrayıl,Qubadlı,Zəngilanın işğaldan azad edilməsi uğrunda döyüşüb. Döyüş yoldaşları ona "Bilo" ləqəbi adını qoymuşdular. Zəngilan uğrunda gedən döyüşlərdə ayağından yaralanıb. Lakin bu vəziyyətdə yenə döyüşə atılıb. Döyüş yoldaşları "bu vəziyyətdə döyüşmək olmaz" desələr də düşmənə qarşı intiqam hissi ilə yanan Mirzəhəsən döyüşə davam edib. Sonuncu döyüşdüyü yerdə oktyabrın 25-də Füzulinin Kürdlər kəndində itkin düşür. Onun ailəsi 50 gün ondan xəbər olmur. Nəhayət dekabrın 13-ü onun şəhid olduğu bildirilir. Onun nəşi dekabrın 14-də doğulub boya başa çatdığı Səncərədi kəndində torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən çavuş Əlizadə Mirzəhəsən Şahin oğlu ölümündən sonra "Vətən uğrunda"  "Cəbrayılın azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əlizadə Mirzəhəsən Şahin oğlu  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Yaxşı döyüşçü, mehriban dost, gözəl övlad idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Astara rayonu Səncərədi kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Ağayev Şahin Əli oğlu Ana: Ağayeva Kəsirə Ağababa qızı Qardaş: Əlizadə Elşən Şahin oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər