Əlizadə Nicat Qorxmaz
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əlizadə Nicat Qorxmaz

Ata adı: Qorxmaz

🐣
Doğum — Sumqayıt
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Biləsuvar 3 saylı qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nicat Qorxmaz oğlu Əlizadə 15 sentyabr 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Tinli kəndindən olan Nicat ilk təhsilini Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayon, Hal kənd tam orta məktəbində alıb. 2016-cı ildə Biləsuvar rayonu ərazisində salınmış 11 saylı qəsəbədə V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbinin ümumi orta təhsil pilləsini bitirərək Cəbrayıl rayon 131 nömrəli Peşə məktəbində təhsilini davam etdirib.

Peşə təhsilini başa vurduqdan sonra 2019-cu il oktyabr ayının 2-də həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Tərtər rayonunda atıcı, sanitar təlimatçı kimi yerinə yetirən Nicat 7 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış qəbristanlıqda dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nicat Qorxmaz oğlu Əlizadə ölümündən sonra “Vətən uğrunda” , "Suqovuşanın azad olunmasına görə" və “İgidliyə görə” medalları ilə təltif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nicat Qorxmaz oğlu Əlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Atasının sözlərinə görə Nicat vətənpərvər cəsur biri idi. 2010-cu ildə Mübariz İbrahimov şəhid olarkən atasına “Mən də onun kimi qəhrəman olacam, bayrağımızı yüksəldəcəm” deyib. Bacısının sözlərinə görə Nicat həmişə şəhidlərimizin həyatı ilə bağlı araşdırmalar edib, onların necə qəhrəmanlıqla şəhid olduqlarını öyrənirmiş.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Cəbrayıl rayon 131 nömrəli Peşə məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əliyеv Qоrхмаz Əli oğlu Ana: İbişova Ramilə Qubad qızı Qardaş: Əlizadə Əli Qorxmaz oğlu Bac: Əliyeva Ayşən Qorxmaz qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər