Əlizadə Nofəl Qənbər
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əlizadə Nofəl Qənbər

Ata adı: Qənbər

🐣
Doğum — Bərdə Saatlı kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Bərdə Qəhrəmanlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Tərtər ⚔️ Ağdərə

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nofəl Qənbər oğlu Əlizadə Bərdə rayonu Saatlı kəndində anadan olub. Ailədə cəmi iki övlad olan Nofəlin özündən başqa bir bacısı var. Nofəl həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2013-2019-cu illərdə Daxili Qoşunların sıralarında müddətdən artıq hərbi xidmət keçib. Müqaviləsi başa çatandan sonra evə gələrək sahibkarlıq fəaliyyətilə məşğul olacağını qarşısına məqsəd qoyub. Valideynlərinin bildirdiyinə görə, o planlaşdırdığı işini başa çatdıra bilməyib...
Nofəl Tovuz hadisələrindən sonra yenidən hərbi xidmətdə qayıtmaq istəyini bildirib. Onu bu fikirdən daşındırmaq istəyən atası tək oğul övladı olduğu üçün öz işini davam etdirməyini və atasına müəyyən işlərdə yardımçı olmasını deyib. Atanın bu sözünə “Ata, o şərəfsizlər generalımızı şəhid edib. Haqqını halal elə, amma mən xidmətə qayıdacağam” deyib. Bu söhbətdən sonra o, yenidən ordu sıralarına qayıtmaq üçün könüllü müraciət edib.

Nofəl II Qarabağ müharibəsi dövrünə Tərtər-Ağdərə istiqamətində döyüşüb. Ayın 28-i düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.

Ölümündən sonra şəhidimiz Prezidentin Sərəncamlarına əsasən, "Suqovuşanın azad olunmasına görə" , "İgidliyə görə" və "Vətən uğrunda" medallarıyla təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nofəl Qənbər oğlu Əlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, qayğıkeş, vətənpərvər, ailəcanlı insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bərdə rayonu, Saatlı kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Qənbərov Qənbər Əli oğlu Ana: Qənbərova Ülviyyə Raqub qızı Həyat yoldaşı: Əlizadə Günel Oğlu: Əlizadə Nicat Nofəl oğlu Oğlu: Əlizadə Nihat Nofəl oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər