Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Vüqar
Pərvin Əlizadə 1993-cü il sentyabrın 11-də Bərdə rayonunun Qazaxlar kəndində anadan olub. Əslən Laçın rayonunun Minkənd kəndindən idi.
Pərvin Əlizadə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. "Laçın Kikboksinq Klubu"nun idmançısı idi. Tbilisi şəhərində keçirilən yarışda Zaqafqaziya çempionu, dəfələrlə respublika çempionatının və birinciliklərinin mükafatçısı olmuşdur. Müxtəlif Fəxri fərmanlarla təltif olunub. İdman hakimi idi. Nişanlı idi.
Həqiqi hərbi xidmətini Fövqalədə Hallar nazirliyində keçib.
Azərbaycan Ordusunun leytenantı olan Pərvin Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Pərvin Əlizadə 2020-ci il oktyabrın 20-də Ağdərə istiqamətindəki "Tülkü dərəsi" deyilən yerdə 703 saylı hərbi hissənin 5-ci bölüyünün 12-ci postunda şəhid olub.Bərdə rayonunun Birinci Qazaxlar kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Pərvin Əlizadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Pərvin Əlizadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Pərvin Əlizadə ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Vətənini sevən, ağıllı, yaxşı idmançı, qeyrətli, namuslu, mehriban, qayğıkeş bir insan olub.
Ata: Həsənov Vüqar Yaqub oğlu Ana: Həsənova Vəsilə Fəxrəddin qızı Qardaş: Əlizadə Kamil Vüqar oğlu Qardaş: Əlizadə Famil Vüqar oğlu