Əlizadə Yüksəl İlqar
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əlizadə Yüksəl İlqar

Ata adı: İlqar

🐣
Doğum — Quba
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əlizadə Yüksəl İlqar oğlu 5 iyun 1996-cı ildə Quba şəhərində doğulmuşdur. 2002-ci ildə Bakıda 30 nömrəli tam orta məktəbə daxil olmuş, 2006-cı ildən Gəncə şəhər M.Ə.Sabir adına  5 nömrəli  tam orta   məktəbdə təhsilini davam etdirmiş, 2013-cü ildə  təhsilini başa vurmuşdur. 2018-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakiltəsini bitirmişdır. 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 2020-ci ildə  Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsinə qəbul edilmişdir (təhsil alırdı). Gəncə şəhər Prokurorluğunda böyük mütəxəssis vəzifəsində çalışırdı.

2020-ci ilin iyul ayında Ermənistan - Azərbaycan dövlət sərhədinin Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca baş tutan döyüşlərdən (Tovuz hadisələrindən) sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsinə gedərək müharibədə iştirak etmək üçün müraciət etmişdir. 2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılmışdır.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Əlizadə Yüksəl Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuşdur. 9 noyabr 2020-ci ildə  Xocavənd ərazisində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlmişdir.

20 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Əlizadə Yüksəl İlqar oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra),  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqləndiyinə görə” (ölümündən sonra) və  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əlizadə Yüksəl İlqar oğlu  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib. Subay idi.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, vətənpərvər, savadlı və mehriban insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəb
Ali Təhsil Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti
İş Yeri Gəncə şəhər Prokurorluğu
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: İlqar Əliyev Ana: Sevda Kazımova Qardaş: Əlizadə Aqil İlqar oğlu Qardaş: Əlizadə Əli İlqar oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər