Əmənov Məhəmməd İltizam
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Əmənov Məhəmməd İltizam

Ata adı: İltizam

🐣
Doğum — Biləsuvar Bağbanlar kəndi
🕊️
Şəhadət — Tərtər
📍
Dəfn Olunduğu Yer Biləsuvar Bağbanlar kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Qarabağ" ordeni

"Qarabağ" ordeni

"Qarabağ" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Məhəmməd Əmənov 1996-cı il sentyabrın 18-də Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Məhəmməd Əmənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmməd Əmənov oktyabrın 20-də Ağdərə istiqamətində şəhid olub. Biləsuvar rayonunun Bağbanlar kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əmənov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əmənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əmənov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əmənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Məhəmməd şən, zarafatcıl və mehriban biri idi. Vətəninə bağlı, qorxmaz və cəsur bir igid idi. Yaxın dostu qeyd etdiki, 2010-cu ildə Milli Qəhrəmanımız Mübariz İbrahimov şəhid olduqdan sonra Məhəmməd Mübariz kimi qəhrəmanlıq göstərərək şəhid olacağını söyləyirmiş. Uşaqlıqdan hərbiyə marağı var idi və eyni zamanda idmanla məşğul olurdu.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəhid Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: İltizam Əmənov Ərəstun oğlu Ana: Nüşabə Əliyeva Xankişi qızı Qardaş: Məhəmmədli Hümbət İltizam oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər