Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Pərviz
Eminov Nurlan Pərviz oğlu 2 iyul 2000-ci ildə Kürdəmir rayonunun Ərəbqubalı kəndində anadan olub. 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb.
Nurlan Vətən Müharibəsinin gedişində 3 oktyabrda Goranboyun Buzluq kəndi istiqamətində hərbi əməliyyatlar zamanı şəhid olub. İtkən düşən Nurlanın şəhidlik xəbəri nə az, nə çox, düz 113 gün sonra gəlib. Onun müqəddəs nəşi Kürdəmir rayonunda dəfn edilib.
Şəhid Nurlan Eminov ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə " medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nurlan Eminov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Anası Eminova Sevinc: Bir oğlum, üç qızım vardı. Nurlanı Allah sonradan mənə pay göndərdi. Elə uşaqlar həvəslə, oynada-oynada böyütdülər onu. Ailəcanlı idi Nurlan. Özündən çox bacı-qardaşını fikirləşirdi. Vətənpərvər idi balam. Əsgər gedəndə sevindiyindən yerə-göyə sığmırdı. Müharibə belədir, əzizlərimizi, yaxınlarımızı bizdən alır. Bəzən eyvanda dayanıb gözümü darvazaya dikirəm. Gözləyirəm ki, qapı açılacaq, Nurlanımın boyu görünəcək, hayı-küyü, gülüşü özündən qabaq dolacaq evə. Gözümün kökü saralır, şər qarışır, balam gəlib çıxmır...
Atası Eminov Pərviz: Vətən müharibəsi vaxtı da, müharibədən sonra da hər gün televizorda şəhidlər haqqında gedən sujetləri izləyirəm. Oxşar taleləri izlədikcə deyirəm ki, eynilə mənim Nurlanıma bənzəyir bunun taleyi. Doğrudan da, şəhidlər ana bətnində seçilirmiş, çöhrəsinin nuru ilə, xasiyyətləri, davranışları, vətənpərvərlikləri, cəsurluqları, saflıqları ilə. Oğlumun yoxluğu ilə barışmaq mənə çətin olsa da, Nurlan kimi igid oğulun atası olmağımla fəxr edirəm. Sentyabrın 27-də, müharibə başlayanda bizimlə danışdı, gülə-gülə, sevincək danışırdı. Son danışığımız oktyabrın 2-də oldu. Bir gün sonra, oktyabrın 3-də Canavar postunda şəhid olub. Allah Dövlətimizdən də, Xalqımızdan da, Ali Baş Komandanımızdan da razı olsun, şəhidlərimizə verdiyi dəyərə, qoyduğu hörmətə görə. Hər kəs – böyükdən-kiçiyə hamı bilir ki, oğullarımız nəyin uğrunda, kimin uğrunda Şəhid olub.
Ata: Eminov Pərviz Cabbar oğlu Ana: Eminova Sevinc Təvəkkül qızı Qardaş: Eminov Pərvin Pərviz oğlu Bacı: Eminova Nuranə Pərviz qızı Bacı: Eminova Nərmin Pərviz qızı