Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Sərvan
Əmiraslanov Elgün Sərvan oğlu 1995-ci il aprelin 25-də Göygöl rayonunda anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan, kəşfiyyatçı-pulemyotçu Əmiraslanov Elgün Sərvan oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elgün Əmiraslanov 27.09.2020-ci il tarixdə Goranboy rayonu istiqamətində gedən döyüşlərdə, döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Əmiraslanov Elgün vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əmiraslanov Elgün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qorxmaz, mehriban, istiqanlı insan olub.
Ata: Əmiraslanov Sərvan Nizami oğlu Ana: Əmiraslanova İradə Hidayət qızı Qardaş: Əmiraslanov Nizami Sərvan oğlu Bacı: Əkbərova Zümrüd Sərvan qızı Həyat yoldaşı: Əmiraslanova Bənövşə Əzim qızı Qızı : Əmiraslanova Aysu Elgün qızı Oğlu: Əmiraslanov Onur Elgün oğlu