📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Bilirdinizmi?
Salamları
Allah
Allah
Ata adı: Oktay
Babək Ənnağıyev 1994-cü il aprelin 27-də Sabirabad rayon Qasımbəyli kəndində anadan olub. H.Ənnağıyev adına orta məktəbdə oxuyub.2012-ci ildə Qazax rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə xidmət edib. 2014-cü ildə hərbi xidmətdən qayıdıb. Oktyabrın 7-də Füzuli uğrunda gedən ağır döyüşlər zamanı,şəhid olub.
Atasının sözlərinə görə:"Daim əsir torpaqlarımızı düşünür, dözə bilmirdi. Həmişə deyirdi ki, müharibə olsa birinci özüm gedəcəyəm." Həyat yoldaşı Rəmziyyə xanım: "Son dəfə oktyabrın 3-də danışdıq, döyüşə gedəcəkdilər, qələbəyə ürəkdən inanırdı."
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərancamına əsasən Babək Ənnağıyev ölümündən sonra "Vətən uğrunda" "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Babək Ənnağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cəsur, igid bir döyüşçü olub. Yoldaşlarına həmişə nümunə olub.
Ata: Ənnağıyev Oktay Bəybala oğlu Həyat yoldaşı: Ənnağıyeva Rəmziyyə Mübariz qızı Qızı: Ənnağıyeva Həcər Babək qızı Qızı: Ənnağıyeva Məryam Babək qızı