Əsədli Əsəd Mahir
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əsədli Əsəd Mahir

Ata adı: Mahir

🐣
Doğum — Bakı Nizami rayonu
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Cəbrayıl ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əsədli Əsəd Mahir oğlu 1995-ci il iyunun 17-də Masallının Çayqıraq kəndində anadan olub. Bakının Nizami rayonunda Milli Qəhrəman şəhid Yuri Kavalyov adına 229 saylı tam orta məktəbi bitirib. 2012-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə daxil olub. 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılan igid döyüşçü Naxçıvan Muxtar Respublikasında bir il kəşfiyyatçı kimi xidmət edib. Hərbi mükəlləfiyyət dövründə nümunəvi xidmət etdiyi üçün dəfələrlə təltif olunub.

Tovuz rayonu istiqamətində erməni təxribatı nəticəsində baş verən döyüşlər onu hiddətləndirib və könüllü olaraq döyüşlərə yollanmaq üçün ərizə ilə müraciət edib.
Vətən müharibəsi başlandıqdan sonra ilk günlərdən döyüşlərə qatılıb, Füzulidə, Xocavənddə düşmənə ağır zərbələr vurub. Son döyüşü noyabrın 9-da Xocavənd rayonunun strateji yüksəkliklərindən birinin müdafiəsi uğrunda olub. Əsəd döyüş yoldaşlarını mühasirədən çıxarsa da, özü şəhid olub. O, döyüşə getməzdən əvvəl çəkdiyi videoda deyilən fikir ilə də yaddaşlarda qaldı: “İnşallah sağ qayıdarıq, əgər şəhid olsaq belə, biz ölməyəcəyik.”

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Əsəd Əsədli ölümündən sonra "Vətən uğrunda", “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocəvəndin azad olunmasına görə” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Hər bir vəziyyətdə şən, pozitiv idi və gələcəyə ümidlə baxırdı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, Y.Kovalyov adına 229 nömrəli məktəb
Ali Təhsil Azərbaycan Dövlət İqtisad Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əsədov Mahir Malik oğlu Ana: Abbasova Səidə Tərlan qızı Qardaş: Əsədli Səməd Mahir oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər