Əsədov Ruslan Rövşən
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əsədov Ruslan Rövşən

Ata adı: Rövşən

🐣
Doğum — Samux İnstitut qəsəbəsi
🕊️
Şəhadət — Kəlbəcər Murovdağ
📍
Dəfn Olunduğu Yer Samux İnstitut qəsəbəsi
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ruslan Əsədov 2002-ci il martın 7-də Samux rayonunun İnstitut qəsəbəsində anadan olub.  2008-2019-cu illərdə Samux rayonunda İnstitut qəsəbə tam orta məktəbində təhsil alıb.
Ruslan Əsədov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı.

Azərbaycan Ordusunun əsgəri olan Ruslan Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər əməliyyatı üzrə Murovdag uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Əsədov oktyabrın 20-də Murovdag döyüşləri zamanı şəhid olub. Samux rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Əsədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Atası: Azərbaycanın hər bir ailəsinə Ruslan kimi ağıllı mərd, tərbiyyəli övlad qismət eləsin. Mənim övladım fəxr ediləsi bir qəhrəmandır.
Anası: Mənim oğlum mənim qəhrəmanımdır.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Samux rayon İnstitut qəsəbə orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əsədov Rövşən Akif Ana: Əliyeva Sahilə Çingiz Bacı: Əliyeva Leyla Rövşən

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər