Əsədov Səbuhi Azər
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əsədov Səbuhi Azər

Ata adı: Azər

🐣
Doğum — Bakı Suraxanı rayonu
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Bakı Bülbülə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Səbuhi Əsədov 19 yanvar 1999-cu ildə Bakı şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Hasanlı kəndindəndir. 15 sentyabr 2005-ci ildə Suraxanı rayonu 85 saylı orta məktəbin 1-ci sinifinə qədəm qoyub, 14 iyul 2016-ci ildə isə həmin məktəbin məzunu olub.

5 iyul 2019-cu ildə isə vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanmışdır. Mingəçevir şəhərində N saylı hərbi hissədə hərbi xidmətini davam etdirib.

Azərbaycan Ordusunun əsgəri olan Səbuhi Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı cəbhənin Tərtər istiqamətində Talış və Suqovuşan uğrunda gedən döyüşlərə qatılmışdır. 8 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində şəhid olmuşdur. Suraxanı rayonu Bülbülə qəsəbəsindəki şəhidlər xiyabanında dəfn edilmişdir

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra Səbuhi Əsədov “Vətən uğrunda”, "Suqovuşannın  azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Bacısı Əsədova Sonanın sözlərinə görə qardaşı ağır təbiətli sakit biri idi. İdmanla məşğul olmağı. Youtube üçün videolar çəkməyi sevirdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Suraxanı rayonu 85 nömrəli Ramiq Abidov adına tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ana: Əsədova Cahan Məhərrəm qızı Ata: Əsədov Azər Həsən oğlu Bacı: Safıyeva Vüsalə Azər qızı Bacı: Babayeva Məlahət Azər qızı Bacı: Əsədova Sona Azər qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər