Əsgərli Tural Ələmdar
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Əsgərli Tural Ələmdar

Ata adı: Ələmdar

🐣
Doğum — Kəngərli Qıvraq qəsəbəsi
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Murovdağ ⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Şücaətə görə medalı

Şücaətə görə medalı

Şücaətə görə medalı
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əsgərli Tural 1993-cü il aprel ayının 20-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. 1999-2007-ci illərdə Qıvraq qəsəbəsinin tam orta məktəbində, 2007-2010-cu illərdə isə Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyində təhsil alıb. 2010-2014 cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi.Sunay və Sevgi adlı iki qızı yadigar qalıb.
Əsgərli Tural 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Qazax rayonunda yerləşən "N" saylı hərbi hissənin ön cəbhəsində, tağım komandiri olaraq leytenant hərbi rütbəsində xidmətə başlayıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və göstərdiyi igidliyə görə baş leytenant hərbi rütbəsinə layiq görülüb. 2018-ci ildən Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsinin ön cəbhəsində bölük komandiri olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun baş leytenantı olan Əsgərli Tural 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ və Kəlbəcər rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibənin ilk günlərində 3 əsgəri ilə düşmənin 2 postunu ələ keçirib. Əsgərli Tural oktyabr ayının 1 də Kəlbəcər uğrunda gedən döyüşlər zamanı şəhadətə yüksəlib. Oktyabr ayının 3-də Bakıda II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Tural Əsgərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasənTural Əsgərli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Tural Əsgərli ölümündən sonra “Cəsur döyüşçü”  medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Tural Əsgərli ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Tural işinə məsuliyyətlə yanaşan biri olub. Mülayim xasiyyətli, güclü xarakterə malik olan bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Kəngərli rayonu, Qıvraq qəsəbəsi, tam orta məktəb
Ali Təhsil Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Həyat yoldaşı: Əsgərli Vüsalə Etibar qızı Qızı: Əsgərli Sevgi Tural qızı Qızı: Əsgərli Sunay Tural qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər