Əsgərov Bəxtiyar Suliddin
Mülki vətəndaş
🇦🇿 Azərbaycan Şəhidi

Əsgərov Bəxtiyar Suliddin

Ata adı: Suliddin

🐣
Doğum — Gəncə
🕊️
Şəhadət — Gəncə
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabnı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mülki vətəndaş
Qoşun Növü Yoxdur
Xidmət Növü Yoxdur

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əsgərov Bəxtiyar Suliddin oğlu 1980-ci il 28 dekabr tarixində Gəncə şəhərində doğulmuşdur. 1997-ci ildə Gəncə şəhər  29 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. 1999-2000-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2010-cu ildə ailə həyatı qurmuşdur. İki övlad atası idi.

Əsgərov Bəxtiyar 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin  Gəncəni raket atəşinə tutması nəticəsində yaxın qohumları Əsgərov Suliddin, Əsgərova Narin, Əsgərova Nigar və Əsgərova Sevil ilə birlikdə həlak olmuşdur. Gəncə sakini Əsgərov Bəxtiyar 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin  Gəncəni raket atəşinə tutması nəticəsində həlak olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Əsgərov Bəxtiyar  Suliddin oğluna şəhid statusu verilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəsini sevən insan idi, işi ilə məşğul olardı, hər kəs tərəfindən çox sevilirdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhəri, 29 saylı orta məktəb
İş Yeri Usta
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Əsgərov Suliddin İsmayıl oğlu Ana: Əsgərova Silduz Məşədihəsən qızı Bacı: Əsgərova Sudabə Suliddin qızı Qardaş: Əsgərov Rövşən Suliddin oğlu Bacı: Əsgərova Sevil Suliddin qızı Həyat yoldaşı: Əsgərova Türkan Mövsüm qızı Oğlu: Əsgərov Elcan Bəxtiyar oğlu Oğlu: Əsgərov Suliddin Bəxtiyar oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər