Surələrin fəziləti | Ali-İmran surəsi #8
Cavab gəlmir
Salamlawmada deyesen sehvlık edırem
.
.
Namaz
Ata adı: Ərəstun
Fərid Əsgərov 21 may 1996-cı il tarixində Neftçala rayonunun Qaçaqkənd kəndində hərbçi ailəsində anadan olmuşdur. 2002-ci ildə Şəki şəhər 11 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2007-ci ildə Lənkəran şəhər 6 saylı liseydə 6-cı sinfə başlamış və 2012-ci ildə həmin liseyin məzunu olmuşdur. 2013-cü ildə Lənkəran Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasına daxil olaraq təhsilini davam etdirmişdir. Fərid 2017-ci ildə Lənkəran Dövlət Universitetinin məzunu olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində mühafizə idarəsində işləmişdir.
Fərid Əsgərov 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmətini Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2018-ci ildə xidmətini başa vurmuşdur. Fərid Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı könüllü olaraq ordu sıralarına yazılmışdır. 3 oktyabr 2020-ci il tarixində döyüşlərə qatılmışdır. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Fərid Əsgərov 4 noyabr 2020-ci il tarixində Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Fərid Əsgərov Neftçala rayonunun Qaçaqkənd kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fərid Əsgərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fərid Əsgərov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fərid Əsgərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Fərid Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, qoçaq insan olub.
Ata: Əsgərov Ərəstun Şəmsəddin oğlu Ana: Əsgərova İlhamə Kamil qızı