Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Ələddin
Novruz Əsgərov 1980-cı il dekabrın 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun mayoru olan Novruz Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Novruz Əsgərov sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Ağdam rayonunun Quzanlı qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Novruz Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Novruz Əsgərov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Novruz Əsgərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Novruz Əsgərov ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Vətənpərvər, cəsur, dostları arasında, cəmiyyətdə özünə hörmət qazanmış bir şəxs olub.
Oğlu: Əsgərli Toğrul Novruz oğlu Oğlu: Əsgərli Raul Novruz oğlu