Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Gülmalı
1996-cı ildə Neftçala rayonu Bəhruz Həşimov adına Boyat kənd tam orta məktəbinə daxil olmuşdur. 1999-cu ilə qədər həmin məktəbdə təhsil almış və sonra 1999-cu ildən 2005-ci ilə qədər təhsilini Neftçala rayonu Elton Həbibov adına 4 saylı orta məktəbdə davam etdirmişdir. 2005-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur. 2008-ci ildə həmin liseyi bitirmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirmişdir.
25.07.2012-ci il tarixədək fəaliyyət göstərən qoşun kəşfiyyatı taqım komandiri zabit ixtisas kursunu bitirmişdir və polkovnik Fikrət İbrahim-Zadə və polkovnik Saleh Kələntərov tərəfindən sertifikata layiq görülmüşdür.
Məktəbi bitirdikdə “ Leytenant “ hərbi rütbəsi verilmiş və 2012-ci ilin iyul ayının 26-da təhsilinı davam etdirmək üşün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə göndərilmişdir. 2013-cü ilin iyul ayının 23-də kursu bitirmiş və Müdafiə Nazirinin əmrinə əsasən N saylı hərbi hissəyə göndərilmişdir.
29.07.2013-cü il tarixdən 12.03.2014-cü il tarixədək N saylı hərbi hissənin 4-cü motoatıcı taborunun qərargah bölüyünün kəşfiyyat taqım komandiri, 12.03.2014-cü il tarixdən 21.01.2016-cı il tarixinədək N saylı hərbi hissənin 1-ci motoatıcı taborunun kəşfiyyat taqım komandiri, 21.01.2016-ci il tarixindən N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün bölük komandiri vəzifəsinə təyin olunub,
27.07.2019-cu il tarixdən N saylı hərbi hissədə kəşfiyyat bölmə rəisinin kəşfiyyatın planlaşdırılması üzrə köməkçisi vəzifəsinə təyin olunmuşdur. Oxuduğu və işlədiyi müddətdə müxtəlif diplom və sertifikatlarla təltif olunmuşdur.
24 iyun 2013-cü il tarixli 098t №-li əmri ilə Azərbaycan Respublikasının Prezidenti adından Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.
26 iyun 2018-ci il 0164t № -li əmri ilə Azərbaycan Respublikasının Prezidenti adından Azərbaycan Respublikasının
Müdafiə naziri tərəfindən "Azərbaycan ordusunun 100 illiyi" Yubiley medalı ilə təltif olunmuşdur.
26 iyun 2019 il tarixli 0151t №-li əmri ilə "Qüsursuz Xidmətə Görə" Azərbaycan Respublikasının Prezidenti adından, Azərbaycanan Respublikasının Müdafiə naziri tərəfindən 3-cü dərəcəli medalla təltif olunmuşdur.
Təməl Xüsusi Təyinatlı kursu bitirdiyinə görə 26 sentyabr 2014-cu ildə Xüsusi təyinatlı qüvvələrin komandanı general-mayor, Hikmət Mirzəyev, Tədris Mərkəzinin rəisi polkovnik Vaqif Salehov tərəfindən sertifikata layiq görülüb.
26 iyun 2018-ci ildə Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibəti ilə Hərbi hissədə keçirilən futbol turnirində, ən yaxşı komandanı hazırladığına görə n saylı hərbi hissə komandiri polkovnik-leytenant Ədalət Hacıyev tərəfindən fəxri fərmanla təltif olumuşdur.
31 may 2019-cu il Kəşfiyyat bölmələri ilə keçirilən dağ hazırlığı üzrə toplanışda yüksək nəticələr göstərdiyinə görə general-mayor Hikmət Həsənov tərəfindən fəxri fərmanla təltif olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samid Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Samid Əsgərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçusu, kapitan Əsgərov Samid Gülmalı oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib
Mehriban və səmimi biri idi. Ailəcanlı, hər bir şeyin yerini bilən idi. Vətənpərvərlik hissi, onun hərbçi olmağına səbəb oldu.
Ata: Əsgərov Gülmalı Məmmədağa oğlu Ana: Əsgərova Sevinc Ağasəf qızı Həyat yoldaşı: Əsgərova Nübar Məzahir qızı Oğlu: Əsgərli Kənan Samid oğlu