Əsgərov Suliddin İsmayıl
Mülki vətəndaş
🇦🇿 Azərbaycan Şəhidi

Əsgərov Suliddin İsmayıl

Ata adı: İsmayıl

🐣
Doğum — Gəncə
🕊️
Şəhadət — Gəncə
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mülki vətəndaş
Qoşun Növü Yoxdur
Xidmət Növü Yoxdur

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əsgərov Suliddin İsmayıl oğlu 1948-ci ildə dekabrın 25-də Gəncə şəhərində doğulmuşdur.  1955-ci ildə Gəncə şəhər 15 nömrəli orta məktəbin birinci sinfinə daxil olmuş, 1963-cü ildə həmin məktəbi bitirmişdir. Uzun illər montyor-elektrik vəzifəsində çalışmışdır. 1985-ci ildən 2000-ci ilə qədər  Gəncə şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasında gözətçi vəzifəsində çalışmışdır. Ailəli idi. Dörd övlad atası idi.

Əsgərov Suliddin   2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin  Gəncəni raket atəşinə tutması nəticəsində oğlu  Əsgərov Bəxtiyar, qızı Əsgərova Sevil, nəvələri Əsgərova Narin və Əsgərova Nigar ilə birlikdə həlak olmuşdur.

Gəncə sakini Əsgərov Suliddin   2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin  Gəncəni raket atəşinə tutması nəticəsində həlak olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Əsgərov Suliddin İsmayıl  oğluna şəhid statusu verilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Xoşxasiyyətli, ailəcanlı, övladını və nəvələrini çox sevərdi. Qohumları tərəfindən çox sevilirdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhəri, 15 saylı orta məktəb
İş Yeri Təqaüdçü
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Qardaş: Əsgərov Firuddin İsmayıl oğlu Bacı: Əsgərova İradə İsmayıl qızı Bacı: Əsgərova Əsmayə İsmayıl qızı Bacı: Əsgərova Bağdad İsmayıl qızı Bacı: Əsgərova Dilbər İsmayıl qızı Həyat yoldaşı: Əsgərova Silduz Həsən qızı Qızı: Əsgərova Südabə Suliddin qızı Oğlu: Əsgərov Rövşən Suliddin oğlu Oğlu: Əsgərov Bəxtiyar Suliddin oğlu Qızı: Əsgərova Sevil Suliddin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər