Əsgərova Nigar Azər
Mülki vətəndaş
🇦🇿 Azərbaycan Şəhidi

Əsgərova Nigar Azər

Ata adı: Azər

🐣
Doğum — Gəncə
🕊️
Şəhadət — Gəncə
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mülki vətəndaş
Qoşun Növü Yoxdur
Xidmət Növü Yoxdur

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əsgərova Nigar Azər qızı 2005-ci il oktyabrın 18-də Gəncə şəhərində doğulmuşdur. 2011-ci ildə Gəncə şəhər 29 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 2020-ci ilin oktyabr ayından “Zirvə” kursunda Bərbər-kosmetoloq peşəsi üzrə təhsil almağa başlamıdır. Əsgərova Nigar   2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin  Gəncəni raket atəşinə tutması nəticəsində yaxın qohumları Əsgərov Suliddin, Əsgərov Bəxtiyar, Əsgərova Sevil və Əsgərova Narin ilə birlikdə həlak olmuşdur.

Gəncə sakini Əsgərova Nigar   2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin  Gəncəni raket atəşinə tutması nəticəsində həlak olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Əsgərova Nigar Azər qızına şəhid statusu verilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Mehriban, gülərüz xanım idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhəri, 29 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Mehdiyev Azər Abuş oğlu Ana: Əsgərova Sudabə Suliddin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər