Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Elşən
Rövşən Eynullayev 14 fevral 2000-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olmuşdur. Nərimankənd kənd tam orta məktəbində orta təhsilini almışdır.
Rövşən Eynullayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Rövşən Eynullayev 29 sentyabr 2020-ci il tarixində Biləsuvar rayonu Nərimankənd kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Eynullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Eynullayev ölümündən sonra Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədaкarlıq göstərdiyinə, habelə təşəbbüsкar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.01.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən Eynullayev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rövşən Eynullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Rövşən çox şən, deyib-gülən, zarafatı sevən, həyat dolu biri idi. Hamı ilə mehriban yola gedər, heç kimin xətrinə dəyməzdi. Dost-tanışları arasında çox böyük hörmət qazanmışdı. Ailəsinə bağlı, diqqətli və qayğıkeş biri idi. Valideynlərinin dediklərinə görə , qorxmaz, cəsur ürəkli biri olub. Valideynləri ilə danışan zaman vətən uğrunda hər an canından belə keçməyə hazır olduğunu deyirmiş.
Ata: Elşən Eynullayev Siyab oğlu Ana: Aynurə Hüseynova Hüseyn qızı Qardaş: Qubad Eynullayev Elşən oğlu