Eyvazlı Rüfət Arzu
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Eyvazlı Rüfət Arzu

Ata adı: Arzu

🐣
Doğum — Bakı Günəşli qəsəbəsi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bakı Zabrat qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rüfət Eyvazlı 1994-cü il sentyabrın 16-da Bakının Zabrat qəsəbəsində anadan olub. 192 saylı orta məktəbi bitirib. Futbol həvəskarı idi. Zabrat həvəskar futbol klubunun üzvü olub. Ailəcanlı, vətən sevdalısı bir oğul idi. Anasının və bacısının tək ümid yeriydi Rüfət...

Vətən müharibəsinin ilk günlərindən – sentyabrın 27-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlə Xidməti tərəfindən hərbi xidmətə çağırılıb, ə qızğın döyüşlərə qatılıb. Azərbaycan Ordusunun əsgəri Rüfət Eyvazlı Füzuli, Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və cəsarətli döyüşçü kimi hər zaman ön cərgələrdə olub. Yağı düşmənin birinci istehkam xəttinin darmadağın edilməsi əməliyyatlarında iştirak edib. Rüfət Eyvazlı 2020-ci il oktyabrın 12-də Xocavənd rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ondan geridə qalan şirin xatirələr, bir də azadlığına qovuşmuş Vətən torpaqlarıdır.

Azərbaycanımızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qəhrəmancasına mübarizə apardığ üçün Rüfət ölümündən sonra “Füzulinin azad olunmasına görə”, "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rüfət Eyvazlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mülayim, sakit, qabiliyyətli, vətəni sevən gənc idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sabunçu rayonu qəsəbəsi 192 saylı məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ana: Xəlilova Məlahət Əhməd qızı Qızı: Eyvazlı Müjgan Arzu qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər