Eyvazov Əbülhəsən Balaş
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Eyvazov Əbülhəsən Balaş

Ata adı: Balaş

🐣
Doğum — Kürdəmir Mollakənd kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bakı Suraxanı rayonu Dədə-Qorqud qəbirstanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Eyvazov Əbülhəsən Balaş oğlu 1 oktyabr 1996-cı ildə Kürdəmir rayonunun Mollakənd kəndində anadan olub. Ailənin kiçiyi, iki bacının bir qardaşı idi. Subay idi. Əbülhəsən 9 aylıq olarkən ailəsi Bakı şəhəri, Nardaran qəsəbəsinə, 3 yaşı olanda Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsinə köçüb. 2003-cü ildə Əbülhəsən NZS qəsəbəsində yerləşən 165 saylı orta məktəbin 1-ci sinifinə qəbul olunub. Əbülhəsən hər zaman öz tərbiyəsi, əxlaqı, mədəniyyətilə seçilib. Hər kəs onu "Əbi" deyə çağırardı.
2014-cü ildə orta məktəbi bitirdikdən sonra, həmin ilin oktyabr ayında hərbi xidmətə çağırılır. Hərbi xidmətini Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə keçir. Əsgərlikdə olduğu vaxtlarda da hərbçi yoldaşları arasında hörmət qazanır, hətta komandiri, atası Balaş kişiylə görüşüb, ona təşəkkürünü bildirmək istəyib ki, - "belə övlad tərbiyə edən ataya minnətdarlıq bildirmək istəyirəm".

2016-cı ilin aprel ayında tərxis qərarının çıxmağına baxmayaraq, "Aprel döyüşləri"nin başlanmasıyla əlaqədar Əbinin ordudan tərxis olunması aprel ayının sonuna qədər ləngiyir və o, müharibədə iştirak edir. Bu müharibədə qəhrəmancasına iştirak edən Əbülhəsən, döyüşlər bitdikdən sonra xidmətini başa vurub, fəxri fərmanla təltif olunub evinə qayıdır.

2020-ci il sentyabr ayının 21-i, səfərbərlik elan olunması ilə əlaqədar Əbülhəsən hərbi təlimlərə çağırılır. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ Müharibəsi başlayanda Əbülhəsən Füzuli rayonunda yerləşən hərbi bölmələrin tərkibində döyüşlərə qatılır. 30 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində yerləşən "bunker" adlanan yerə yaxın ərazidə gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olur.
Eyvazov Əbülhəsən Balaş oğlu Azərbaycan Respublikası prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə, ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Eyvazov Əbülhəsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Çox ağıllı, sözə baxan idi. Xeyirxah övlad idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, 165 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Eyvazov Balaş Əbülhəsən oğlu Ana: Eyvazova Mətanət Salman qızı Bacı: Niftullayeva Leyla Balaş qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər