Eyvazov İslam Həsən
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Eyvazov İslam Həsən

Ata adı: Həsən

🐣
Doğum — Naxçıvan
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Naxçıvan Qaraçuq qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İslam Eyvazov 1999-cu il aprelin 7-də Naxçıvan şəhərində anadan olub. 2006-cı ildə Naxçıvan şəhər 15 saylı orta məktəbə daxil olmuşdur. 2015-ci ildə isə həmin məktəbin IX sinifini bitirmişdir. Təhsil müddətində həm də 7 il Ərtoğrul Cavid adına musiqi məktəbinin fortopiano ixtisası üzrə dərs almışdır. IX sinifi bitirdikdən sonra Naxçıvan şəhər hərbi liseyinə sənəd vermiş, lakin qəbul olunmamışdır.


İslam Eyvazov 2017-ci ildə həqiqi hərbi xidmətə yola düşmüşdür. Həqiqi hərbi xidməti bitirdikdən sonra 2020-ci ildə yenidən hərb sahəsinə qayıdır. N saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət göstərməyə başlayan İslam Eyvazov 2 ay sonra vətənini qorumaq üçün ön cəbhyə yola salınır. Cəbrayıl, Füzuli, Xocavənd istiqaqmətində ön cəbhədə vuruşur. 09.11.2020-ci ildə Xocavənddə şəhid olur. Qaraxanbəyli kənd məzarlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İslam Eyvazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İslam Eyvazov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İslam Eyvazov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən İslam Eyvazov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, igid, qorxmaz insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Mirələsgər Seyidov adına 39 nömrəli məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Eyvazov Həsən

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər