Eyvazov Samir Elmar
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Eyvazov Samir Elmar

Ata adı: Elmar

🐣
Doğum — Tovuz Bozalqanlı kəndi
🕊️
Şəhadət — Yardımlı Gendərə kəndi
📍
Dəfn Olunduğu Yer Tovuz Bozaqanlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Dövlət Sərhəd Xidməti
Xidmət Növü Həqiqi hərbi xidmət

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Eyvazov Samir Elmar oğlu  1995-ci ilin sentyabr ayının 22-də Tovuz rayon Bozalqanlı kəndində anadan olub. O, Tovuz rayon Bozalqanlı  kənd orta məktəbini bitirib.

2021-ci il  mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkarlanıb.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində Baş leytenant Samir Eyvazov  yaralanıb. Hərbi qulluqçu dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatını xilas etmək mümkün olmayıb. Baş leytenant Samir Eyvazov Tovuzun Bozalqanlı kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu  Eyvazov Samir Elmar oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin  hərbi qulluqçusu Eyvazov Samir Elmar oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Aleksandr Puşkin adına tam orta məktəb
Ali Təhsil Dövlət Sərhəd Xidmətinin Akademiyası
İş Yeri Dövlət Sərhəd Xidməti
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Eyvazov Elmar Binnət oğlu Ana: Aeyvazova Vəfa Vəzir qızı Bacı: Eyvazova Eldanə Elmar qızı Həyat yoldaşı: Eyvazova Zümrüd Ceyhun qızı Oğlu: Eyvazov Elmir Samir oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər