Əyyubov Ceyhun Savalan
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Əyyubov Ceyhun Savalan

Ata adı: Savalan

🐣
Doğum — Yevlax
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Yevlax Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ceyhun Əyyubov 1992-ci il avqustun 16-da Yevlax şəhərində anadan olub.[1] Yevlax şəhərində Q. Məmmədov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2010-2014-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) motoatıcı ixtisası üzrə ali hərbi təhsil alıb. Subay idi.
Ceyhun Əyyubov 2015-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2018-2020-ci illərdə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib, 2020-ci ildə isə yenidən Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətinə davam edib. Həmlə bölüyünün Komandiri idi.

Azərbaycan Ordusunun baş leytenantı olan Ceyhun Əyyubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ceyhun Əyyubov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub, nəşi isə neytral ərazidə qalıb. Oktyabrın 11-də nəşi qarşı tərəfdən götürüldü və ailəsinə təhvil verildi. Bir gün sonra isə Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Əyyubov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Əyyubov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Əyyubov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ceyhun Əyyubov ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Tanıyanlar onu mərd, igid, vətənpərvər, ailəcanlı və yüksək insani keyfiyyətlərə malik olduğu bildirirlər.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qənbər Məhərrəmov adına 4 saylı məktəb
Ali Təhsil Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əyyubov Savalan Rəşid oğlu Ana: Əyyubova Arzu Vəliyyədin qızı Qardaş: Əyyubov Mirkazım Savalan oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər