Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Feyruz
Saatmirzə Əzimov 16 oktyabr 1997-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 2003-2014-cü illərdə Siyəzən şəhər 6 saylı orta məktəbdə təhsil almışdır. Orta təhsil aldığı zaman 2006-2010-cu illərdə Siyəzən şəhər musiqi məktəbində qarmon üzrə kurs keçmişdir.
Saatmirzə Əzimov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Döyüşlər zamanı 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir.
2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Saatmirzə Əzimov, sentyabr ayında hərbi xidmətə çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Saatmirzə Əzimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 17 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı beyni zədələnərək ağır yaralanmış və xəstəxanaya yerləşdirilmişdir. Saatmirzə Əzimov 17 dekabr 2020-ci ildə müalicə aldığı xəstəxanada şəhid olmuşdur. Saatmirzə Əzimovun nəşi Siyəzən şəhər qəbiristanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Saatmirzə Əzimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Saatmirzə Əzimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Saatmirzə Əzimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Saatmirzə Əzimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Saatmirzə Əzimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailəsinin dediklərinə əsasən, şəhidimiz çox bacarıqlı, qabiliyyətli bir insan idi. Hər zaman yeni şeylər öyrənməyə meyil göstərmişdir. Həmçinin səmimi, mehriban və qayğıkeş insan idi. Dostları ilə münasibətləri həmişə yaxşı olmuş, çox vaxt bir yerdə zaman keçirmişlər. Dərslərini yaxşı oxumuş və məktəbi də əla qiymətlərlə bitirmişdir. Müəllimlərinin sevimli tələbələrindən olmuşdur.
Ata: Əzimov Feyruz Saatmirzə oğlu Ana: Əzimova Xatirə Babulla qızı Bacı: Əzimova Səidə Feyruz qızı