Əzizov Nəzər Ağacəlil
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Əzizov Nəzər Ağacəlil

Ata adı: Ağacəlil

🐣
Doğum — Kürdəmir Dəyirmanlı kəndi
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Kürdəmir Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər ⚔️ Cəbrayıl ⚔️ Xocavənd ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nəzər Əzizov 1991-ci il avqustun 28-də Kürdəmir rayonunun Dəyirmanlı kəndində anadan olub.
Nəzər Əzizov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə savaşıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Cəsur döyüşçü" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Ordusunun əsgəri olan Nəzər Əzizov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  Nəzər Əzizov “Vətən uğrunda” medalı ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Anası Əzizova Cəmafət: Nəzər körpəlikdən sarışın, gözəl uşaq olub. Qohum-qonşunun, tanış-bilişin sevimlisi idi. Nəzər uşaq vaxtı dava-dava oyununu çox sevirdi. Uşaq vaxtı da oyuncaq avtomat, tapança ilə oynayardı. Böyüdü hərbi xidmətə getdi, gəldi. Sonra hərbidə işə düzəldi, - Xüsusi Təyinatlı Qüvvələrdə. Elə sevinirdi ki... O tək oğlum olsa da, artıq mənim yox, Vətənin oğlu, əsgəri idi. Aprel döyüşlərində iştirak etməsindən, Lələtəpə uğrunda döyüşməsindən çox-çox sonralar bilmişik biz. Vətən Müharibəsində də xüsusi şücaətlər göstərib, düşmənə qan uddurmuşdu. Buna görə də çoxlu medalla təltif olunmuşdu balam. Bu müharibədən çıxandan sonra artıq onun ölümsüz olduğunu düşünürdük. Lakin sentyabrın 12-13-də ermənilər təxribat törədib, Nəzər də təxribatın qarşısını alarkən xüsusi qəhrəmanlıq göstərib şəhid oldu. Şəhid olmamışdan bir-neçə gün əvvəl zəng etmişdi. Oğlu birinci sinfə gedəcəkdi, dedi ki, ana mən gələ bilməyəcəm, yaxşı süfrə aç uşağın məktəbə getməsinə görə, mən sonra gələcəm qeyd edərik. Gəlişi də “şəhid” gəlişi oldu, bütün şəhərin çiynində gəldi, hamının fəxri oldu...

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Kürdəmir rayonu Dəyirmanlı kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Əzizov Ağacəlil Rəhman oğlu Ana: Əzizova Cəmafət Teymur qızı Həyat yoldaşı: Əzizova Nərmin Şahin qızı Oğlu: Əzizov Uğur Nəzər oğlu Qızı: Əzizova İnci Nəzər qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər