Əzizov Raqib Vidadi
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Əzizov Raqib Vidadi

Ata adı: Vidadi

🐣
Doğum — Masallı Yolağacı kəndi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Masallı Yolağacı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Zəngilan

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
"Zəngilanın azad olunmasına görə" medalı

"Zəngilanın azad olunmasına görə" medalı

Zəngilanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni
"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Raqib Vidadi oğlu Əzizov 29 avqust 1991-ci ildə Masallı rayonunun Yolağac kəndində dünyaya göz açıb. 1997-2008-ci illərdə Yolağac kənd tam orta məktəbində təhsil alıb. 2009-cu ilin oktyabr ayının 4-də müddətli həqiqi hərbi xidmətə yollanıb və xidmətinə  Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində başıayıb. 2011-ci ilin aprelin 4-də Hərbi Dəniz Qüvvələrinin “N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətini başa vurub. 2012-ci ilin noyabrın 21-dən 2013-cü il aprel ayının 26-na kimi Silahlı Qüvvələrin Təlim-Tədris məktəbində təhsil alıb. 2013-cü il aprel ayından başlayaraq Müdafiə Nazirliyinin  «N» saylı hərbi hissələrində xidmətini davam etdirib, bağlama rabitə bölüyünün mobil retransiyasiya stansiyasının rəisi vəzifəsində çalışıb. 

Azərbaycan Ordusunun giziri Raqib Əzizov  27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmənə qarşı vuruşmuşdur. Gizir Raqib Əzizov dekabrın 8-də Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Şəhid gizir Raqib Vidadi oğlu Əzizov 9 dekabr 2020-ci il tarixdə doğulduğu Yolağac kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb.

Raqib Əzizov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə”,  “Zəngilanın zad olunmasına görə” medalları ilə medalları təltif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyününbərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlikgöstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifəborcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Raqib Vidadi oğlu Əzizov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətəgörə” ordeni ilə təltifedilib.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Güllütəpə kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Əzizov Vidadi Xankişi oğlu Ana: Əzizova Xətmirə Musaxan qızı Qardaş: Əzizov Xalid Vidadi oğlu Bacı: Əzizova Əsmayə Vidadi qızı Həyat yoldaşı: Əzizova Bahar Rza qızı Oğlu: Əzizov Rahid Raqib oğlu Qızı: Əzizova Ayan Raqib qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər